5 sentyabr 2014 15:40
Qurban Qurbanov: Mənim tanıdığım Reynaldo bunu etməz
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın Reynaldonu milliləşdirmək istəyinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"O, yığmamızı gücləndirə biləcək futbolçudu. "Qarabağ" klubu olaraq, bu işdə öz köməyimizi gösərməyə hazırıq. Bizim braziliyalı futbolçu ilə 4,5 illik müqaviləmiz var. Amma hətta hansısa əcnəbi kluba keçsə belə, sonralar Azərbaycan yığmasından imtina edəcəyini düşünmürəm. Mən tanıdığım Reynaldo bunu etməz. Ümid edirəm ki, sonralar da dəyişməyəcək. Əgər milliləşdirilsə, tam azərbaycanlı olacaq. O, bizim milli atributlarımızla da maraqlanır. Əlbəttə, çətin olsa da, himnimizi öyrənməyə də çalışacaq".
