5 sentyabr 2014 15:00
Rəqiblərimiz Bakıya casus göndərir
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan oyununu millimizin mübarizə apardığı H qrupundakı digər komandaların da nümayəndələri izləyəcək. Azerisport.az xəbər verir ki, Xorvatiyadan Andrey Panadiç və Boris Kubla, Norveçdən Petter Rudi, İtaliyadan isə Marko Skarpa sentyabrın 9-da "Bakcell Arena"da olacaqlar.
