5 sentyabr 2014 01:00

Milan Mandariç Hafiz Məmmədovun Şeffildi almayacağını rəsmən açıqladı

İngiltərənin "Şeffild Uensdey" klubunun prezidenti Milan Mandariç bəyan edib ki, azərbaycanlı biznesmen, "Bakı"nın və Fransa "Lans"ının sahibi Hafiz Məmmədovun bu klubu alması baş tutmayıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları söyləyib:

"May ayının axırlarında biz cənab Hafiz Məmmədovla klubun səhmlərinin bir hissəsinin satışı ilə bağlı razılığa gəlmişdik. Bu, alınsaydı, Məmmədov "Şeffild Uensdey"in əsas sahibi və baş sponsoru olacaqdı.

Məmmədov çox uğurlu biznesmendi və futbola böyük həvəsi var. O, "Bakı"nı və Fransanın "Lans" klublarını idarə edir, Avropanın aparıcı klublarından biri - Madrid "Atletiko"suna sponsorluq edir.

Onun bizim klubun inkişafına dair fikirləri məni çox cəlb etdi və bu razılığı verməyimdə əsas rol oynadı. Lakin təəssüf ki, Məmmədovun nümayəndələri ilə gərgin işbirliyimizə baxmayaraq, bu layihəni həyata keçirməyimiz mümkün olmadı. Ümid edirəm ki, cənab Məmmədov Azərbaycandakı problemlərini həll edəcək. Amma mən klubumuzun səhmlərinin satışı ilə bağlı müxtəlif şayiələrin çoxalmasına imkan verə bilmərəm. Artıq köməkçilərimə də klubun səhmlərinin satışının dayandırılmasına dair göstəriş vermişəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.