5 sentyabr 2014 01:40
Millimizin rəqiblərindən biri uduzdu, ikisi qələbə qazandı
Futbol üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsindəki rəqibləri ötən gecə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, rəqiblərimizdən ikisi qələbəyə sevindiyi halda, biri məğlubiyyətlə üzləşib.
Malta yığması Slovakiya ilə qarşılaşmada 0:1 hesablı yenilgi ilə üzləşib.
Xorvatiya Kipri 2:0 hesablı məğlubiyyətlə yola salıb. Rəqib qapısından hər iki qolu Mario Mandjukiç keçirib.
İtaliya isə eyni hesabla Hollandiya yığmasından üstün olub. Bu komandanın qollarını isə Çiro İmmobile və Daniele de Rossi (penalti) vurub.
