5 sentyabr 2014 13:20
Elxan Məmmədov AÇ-2020 yoluna üstünlüklərimizdən danışdı
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanın AÇ-2020-yə ev sahibliyi etmək şanslarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Fikrimcə, bizim yaxşı şansımız var. Stadion amili böyük rol oynayır. Hazırda biz onu tikirik və bu, çox vacib amildi. Otellər baxımından da üstünlüyümüz var. Gəlin gözləyək. 19 namizəd arasındakı 13 ölkədən biri olmalıyıq".
