5 sentyabr 2014 13:00

Berti Foqts: Bolqarıstanla matçda tam fərqli oynayacağıq

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Rusiya ilə yoxlama oyunundakı 0:4 hesablı məğlubiyyətdən danışıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Məğlubiyyətin səbəbi müdafiədə buraxdığımız dörd səhv oldu. Çünki futbolçular həmin epizodlarda müdafiəni düzgün qurmamışdılar. Oyunçuların hamısı bu oyuna hazır deyildi. Bolqarıstanla oyunda isə dəyişikliklər olacaq. Rusiya ilə oyun, prinsipcə, elə mənim bildiklərimi göstərdi. Rəqib bizi sürətdə üstələdi. Buraxılan dörd qolda faciə görmürəm. Dünya çempionu Almaniya yığması da Argentinadan 4 qol buraxdı. Yoxlama oyunları nəticədən daha çox yoxlanış üçün vacibdi.

- Bədavi Hüseynovla Rəşad Sadıqov niyə müdafiənin mərkəzində birgə oynamır? Axı onlar "Qarabağ"da inamlı təsir bağışlayırlar....
- Rasim Ramaldanov bəzi oyunlarda özünü pis tərəfdən göstərmədi. Amma son zamanlar onda nəsə alınmır. Amma bizim müdafiə xəttindəki problemlər təkcə mərkəzlə bağlı deyil. Cinahlarda da problemlərimiz var.

- Rusiyaya məğlubiyyət futbolçulara psixoloji cəhətdən problem yaratmayacaq?
- Psixoloji baxımdan uşaqlarda problem olacağını düşünmürəm. Bolqarıstanla görüşdə biz daha yaxşı oyunun şahidi olacağıq. "Qarabağ"ın oyunçuları göstərdilər ki, onlar təkcə klublarını düşünmürlər.

- İsrailə qalib gələn U-21-in futbolçularından əsas yığmaya dəvət alan olacaq?
- Əsas komandada onsuz da kifayət qədər gənc futbolçumuz var.

- Maksim Medvedevi niyə çağırmamısız?
- O, cəzalı olduğu üçün bizə kömək edə bilmir. Buna görə Maksimə dəvət göndərməmişəm. "Qarabağ"ın braziliyalılarının xidmətindən isə yararlana bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.