4 sentyabr 2014 00:45
Aleksandr Samedov: Rəqibə şans yeri qoymadıq
Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Samedov Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Yığmanın yeni mərhələyə qələbə ilə başlaması əla oldu. Bu gün iki erkən qol vurduq və rəqibə heç bir şans yeri qoymadıq. Kerjakovun əhvalı bu gün çox gözəl idi".
