4 sentyabr 2014 00:40
Bernard Lippert: Hesab daha böyük ola bilərdi
Azərbaycanın U-21 yığmasının baş məşqçisi Bernard Lippert AÇ-2015-in seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsini belə şərh edib:
“Bu oyuna təzyiq altında çıxdıq. Çünki ilk oyunda rəqibə böyük hesabla uduzmuşduq. Etiraf edim ki, bu, karyeramdakı ən biabırçı məğlubiyyət idi. Müdafiədə etibarlı oynadıq, eləcə də rəqibi əks hücumlarda cəzalandırdıq. Təbii ki, qələbə qazandığımız üçün çox şadam. Amma hesab arasındakı fərq daha böyük ola bilərdi. Xeyli qol vəziyyəti yaratsaq da, bundan faydalana bilmədik”.
