4 sentyabr 2014 00:35
"Azərbaycandan belə oyun gözləmirdik"
İsrailin U-21 yığmasının baş məşqçisi Mixail Nees AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının Bakıda üzləşdiyi 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Azərbaycan yığması bu gün yaxşı oynadı. İlk oyunla müqayisədə bu gün onlar əla təsir bağışladılar, əvvəlki oyunlarda belə çıxış etmirdilər. Amma bu dəfə fərqli oyun sərgilədilər. Ola bilər, komandam bir qədər arxayın idi. Lakin biz Azərbaycandan belə oyun gözləmirdik. Hər iki komanda bir-birini çox yaxşı tanyırdı. Etiraf edim ki, futbolçularım potensiallarından zəif çıxış etdilər. Bir neçə epizodda bəxtimiz gətirmədi”.
