4 sentyabr 2014 00:30

Rəşad Sadıqov: Moskvada ən azı layiqli oyun gözləyirdim

Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Rusiyaya qarşı keçirilmiş yoxlama oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Ayağınız sarğılıdı. Ciddi nəsə yoxdu?
- Xeyr, zədəm yoxdu. Profilaktiki tədbirdi.

- Oyun haqda nə deyə bilərsiz?
- Danışılası nəsə yoxdu. Özümüzə yaraşmayan şəkildə oynadıq. Birinci hissədə ümumiyyətlə, heç nə alınmadı. Həm topla, həm də topsuz istədiyimiz kimi hərəkət edə bilmədik.

- Belə zəif oyunun səbəbi nədi?
- Bilmirəm.

- Komanda elə ilk dəqiqələrdə iki qol buraxdı. Motivasiya yox idi, yoxsa psixoloji problemlər var?
- Standart vəziyyətdən iki qol buraxdıq. Mən belə məğlubiyyəti gözləmirdim. Düşünürdüm ki, burada ən azından layiqli oyun sərgiləyərik. Yalnız son 15-20 dəqiqədə top saxlamağa başladıq, daha yaxşı oynadıq.

- Elə də ucaboy olmayan Kerjakov iki ötürməni qol çevirməyi bacardı. Bəs daha ucaboy bolqarlarla oyunda necə olacaq?
- Rəqib məndən daha ucaboydusa, hansı səhvdən danışmaq olar ki? Bizim üçün "ikinci mərtəbə"də oynamaq həmişə problem olub. Həmişə bundan əziyyət çəkmişik. Elə "Qarabağ"ın Avroliqada "Zalsburq"a buraxdığı qolları götürək. Daha diqqətli olmaq lazımdı. Yaxşı oynayırsan, təsadüfən belə bir standart vəziyyətdən qol buraxırsan, hər şey əldən çıxır. Çünki komanda sınır. Ondan sonra toparlanmaq çətin olur.

- İlk qoldan sonra Bədavi Hüseynovla nəsə danışırdız...
- Sadəcə, epizodu ona başa salırdım.

- Bolqarıstanla oyun öncəsi bu məğlubiyyət komandamıza mənfi təsir göstərməyəcək?
- Psixoloji baxımdan əlbəttə, xoş deyil. Buradan yaxşı nəticə ilə qayıtsaydıq, şübhəsiz ki, futbolçuların özünəinamı daha yüksək olacaqdı. Amma istənilən halda başqa çıxış yolumuz yoxdu, toparlanmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.