4 sentyabr 2014 00:20
Kapello: Hər iki komandanın zədə üzündən heç kimi itirməməsi yaxşı oldu
Rusiya millisinin baş məşqçisi Fabio Kapello Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Sürətli oynamağa çalışırdıq. Gənclərin oynaması, hər iki komandanın zədə üzündən heç kimi itirməməsi yaxşı oldu. Bu arenada ot örtüyü yaxşıdı. Gənclərin komandaya nə verə biləcəyini bilirəm. Bu gün gördüm ki, onların gələcəyi var”.
