4 sentyabr 2014 12:07
Sumqayıt istirahəti başa vurdu
Topaz Premyer Liqasının son turunda "Araz Naxçıvan" üzərində qələbə qazanan "Sumqayıt" Futbol Klubu 4 günlük istirahəti başa vurub. Azerisport.az xəbər verir ki, komanda Aqil Məmmədovun rəhbərliyi altında "Kapital Bank Arena"da bu gün səhər məşqlərə start verib.
Komandanın axşam məşqi saat 19:00-da olacaq. Qeyd edək ki, U-21-in heyətində yer alan 6 futbolçu - Şahrudin Məhəmmədəliyev, Slavik Alxasov, Bəxtiyar Həsənalızadə, Tərzin Cahangirov, Ceyhun Cavadov və Məhəmməd Qurbanov hazırlıqlara nisbətən gec qoşulacaq. Zədəli olan qapıçı Andrey Popoviç də artıq kollektivə qoşulub.
"Sumqayıt" sentyabrın 6-da "Bakı"nın təlim-məşq bazasında "İnter"lə yoxlama oyunu keçirəcək. (klub saytı)
