4 sentyabr 2014 11:45

Realmadrid Fondunun sosial futbol məktəbində təlimlərə start verilir

5-7 sentyabr 2014–cü il tarixində “Realmadrid Fondunun” sosial futbol məktəbində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Realmadrid Fondu ilə birgə həyata keçirdiyi “Futbol vasitəsilə uşaqların sağlamlıqlarının qorunması və sosial həyata inteqrasiyası” adlı layihəsi çərçivəsində RMF-in beynəlxalq treneri Viktor de Arse (Viktor de Arce) yenidən Bakıya təşrif buyuraraq müəllim-məşqçilər üçün təlimlər keçirəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin Realmadrid Fondu ilə birgə layihə çərçivəsində yaratdığı “Realmadrid Fondunun” sosial futbol məktəbi artıq 1 ildən artıqdı ki, "Vətən" RIOEUG Futbol məktəbi nəzdində ölkəmizdə fəaliyyət göstərir.

Fəaliyyət dövründə Realmadrid Fondunun beynəlxalq təlimçisi 2013-cü ilin iyun ayında Bakıda məşqçi -müəllimlərə təlim keçmiş və həmin müəllimlər sertifikatlaşdırılmışdır. Təlimlər yüksək səviyyədə təşkil olunduğunu nəzərə alaraq və canlı monitorinqə ehtiyac olduğu üçünVictor de Arceyə təkrar Bakıya gəlmə təklif edilmiş və təklif qəbul olunmuşdur.

Belə ki, təlimlər 17 məşqçi-müəllim üçün keçiriləcəkdir. Təlimdə həmçinin Naxçıvan Muxtar Respublikasından və Fizuli rayonundan məşqçi - müəllimlər iştirak edəcəklər. Həmin məşqçilər ispan futbol təcrübəsini mənimsəyərək uşaqlara gələcəkdə dərs deyəcəklər.

Qeyd etmək istərdik ki, layihənin tərəfdaşları: Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyalar Assosiasiyasıdır. Baş sponsor “AzərİdmanServis”dir. (AGİN mətbuat xidməti)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.