4 sentyabr 2014 11:23

Vaqif Cavadov: Rusiyaya məğlubiyyəti faciəyə çevirmək lazım deyil

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Rusiyaya qarşı keçirilmiş yoxlama oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Azərbaycan yığması Rusiya ilə həmişə bərabər mübarizə aparmağa nail olub. Bu dəfə niyə alınmadı?
- İstəməzdik ki, nəticə belə olsun. Komandamızın hər bir üzvü sonadək meydanda döyüşdü. Amma buraxılan ilk qol bütün oyunumuza təsir göstərdi. Yoxlama oyunu olsa da, bizim üçün bu görüş vacib əhəmiyyət daşıyırdı. Çünki qarşıda bizi AÇ-nin seçmə mərhələsi gözləyir. Hər halda nəticə də çox pis oynamağımızdan xəbər verir.

- Kənardan da elə görünürdü...
- Mən elə düşünmürəm. Ən azı ikinci hissədə daha yaxşı oynamağa çalışdıq. İstənilən halda bu məğlubiyyəti faciəyə çevirmək lazım deyil. Əsas qarşıdakı Bolqarıstanla oyundu. Siz özünüz də hər şeyi başa düşməlisiz. Heyətdə çoxlu dəyişiklik vardı, eksperimentlər aparılırdı. Bolqarıstanla oyunda isə eksperiment olmayacaq, meydana çıxan hər kəs sonadək mübarizə aparacaq, motivasiya fərqli olacaq. Futbolda hərdən belə oyunlar, nəticələr də olur. Həyat davam edir. Yenə də deyirəm ki, bizim üçün əsas ayın 9-dakı oyundu.

- Bəs niyə yalnız ikinci hissədə mübarizə apardız?
- Buna artıq mən cavab verə bilmərəm. Belə alındı ki, ikinci hissədə daha yaxşı oynamağa başladıq. İlk yarıda isə bizdə heç nə alınmırdı.

- Bəlkə, start heyəti düzgün qurulmamışdı?
- Bunu mən müzakirə edə bilmərəm.

- Belə oyunla Bolqarıstana nəsə edə bilərik?
- Hələ hazırlaşmaq üçün vaxtımız var.

- Altı günə nə dəyişəcək ki?
- Siz həmişə deyirsiz ki, dəyişiklik yoxdu. Amma dəyişiklik olacaq.

- Bu nəticə komandaya psixoloji baxımdan mənfi təsir göstərməyəcək?
- Düzdü, uşaqlara psixoloji zərbə dəyə bilər. Amma biz mümkün qədər tez toparlanmalıyıq. Bolqarıstanla oyun Rusiya ilə görüşdən daha vacibdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.