4 sentyabr 2014 11:12
Millimizin rəqibi İngiltərəyə uduzdu
Futbol üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsindəki rəqibi - Norveç ötən gecə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda İngiltərə yığması ilə qarşılaşıb.
Oyun 1:0 hesabıyla britaniyalıların xeyrinə başa çatıb. Vikinqlər bu oyunda aşağıdakı heyətlə mübarizə aparıblar: Niland, Linnes, Yohansen, Kinq, Nordtveyt, Elyunusi, Yensen, Dali, Elabdullaui, Skelbred, Forren.
