4 sentyabr 2014 11:01
Neftçinin baş məşqçisinin kim olacağı dəqiqləşdi
Ötən gün Böyükağa Hacıyevlə yollarını ayıran "Neftçi"nin yeni baş məşqçisinin kim olacağı müəyyənləşib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın yeni çalışdırıcısı Arif Əsədov olacaq.
Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanması nəzərdə tutulub. Əsədovla klub arasında 1 illik razılıq əldə olunub.
Xatırladaq ki, Əsədov "Neftçi"ni 2010/11 mövsümündə ölkə çempionu etmişdi.
