4 sentyabr 2014 19:20
Ramazanov: İsrailə qol vuracağıma əmin idim
Futbol üzrə Azərbaycan U-21 yığmasının hücumçusu Ağabala Ramazanov AÇ-2015-in seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu matça çox ciddi hazırlaşmışdıq. Rəqib öz gücünə çox arxayın olduğundan, bu, bizim xoşumuza gəlmirdi. Biz də onların bu hərəkətinə öz oyunumuzla cavab vermək istədik. Qələbə qazanmağı çox istəyirdik. Mən də qol vuracağıma inanırdım. Hətta uşaqlara da qol vuracağımı demişdim. Qoldan dərhal sonra rəqib oyunçulara yaxınlaşıb, "Allahu Əkbər" qışqırdım. Fasilədə rəqib baş məşqçi üstümə gəlmək istədi, amma problem tez həll olundu. Qarşıdakı Portuqaliya ilə oyuna gəlincə, bu komandaya da qalib gəlməyə çalışacağıq".
