4 sentyabr 2014 18:35
Sergey Yuran: Azərbaycan səfər oyunlarında elə də təhlükəli deyil
"Simurq"un sabiq baş məşqçisi Sergey Yuran Rusiya və Azərbaycan yığmaları arasında keçirilmiş yoxlama oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, həmyerlilərini 4:0 hesablı qələbəsini belə şərh edib:
"Oyun xoş təəssüratlar yaratdı. Vurulan qollar, düşünülmüş, kombinasiyalı hücumlar gördük. Həm də nəzərə almaq lazımdı ki, rəqib səfərdə elə də təhlükəli olmayan Azərbaycan idi. Amma istənilən halda yoxlama oyunu üçün belə bir rəqibin seçilməsini normal sayıram".
