4 sentyabr 2014 18:00
Azərbaycanla oyun Fabio Kapello üçün sonuncu ola bilər
Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Rusiya yığmasından ayrıla bilər. Azerisport.az xəbər verir ki, buna səbəb Rusiya Futbol İttifaqının üzləşdiyi maliyyə problemləridi.
Buna görə italiyalı mütəxəssis artıq üç aydı federasiyadan maaş ala bilmir. Oktyabrın 1-dək vəziyyət düzəlməsə, Kapello Rusiya yığmasından ayrılacaq.
Qeyd edək ki, Rusiya yığması ötən gün Azərbaycan millisi ilə yoxlama oyunnda 4:0 hesablı qələbəyə sevinib.
