4 sentyabr 2014 17:15
Foqts və Abışov brifinq keçirəcək
Sentyabrın 5-də, saat 12:00-da, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA və “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması mərasimi təşkil olunacaq. Azerisport.az xəbər verir ki, tədbir başa çatdıqdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun və millinin üzvü Ruslan Abışovun brifinqi keçiriləcək.
Qeyd edək ki, bu il mayın 26-dan qüvvəyə minən sponsorluq müqaviləsinə əsasən “Clear” şampunu Azərbaycan milli komandasının rəsmi şampunudu. (AFFA)
