4 sentyabr 2014 17:00
Bakılının iki oyunu təxirə salındı
“Bakılı” klubu 4 futbolçusunun Azərbaycan çimərlik futbolu üzrə milli komandasının heyətində Dünya çempionatının seçmə mərhələsində iştirak edəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edərək “Bakılı” – “Rəvan” və “Turan T” – “Bakılı” görüşlərinin başqa tarixə keçirilməsini xahiş edib. Azerisport.az xəbər verir ki, yuxarıda qeyd olunanlar və yarışların əsasnaməsinin 3.16 bəndi nəzərə alınaraq 1-ci divizionda 1-ci turun “Bakılı” – “Rəvan” matçı 6 sentyabr tarixindən 29 sentyabr tarixinə, 2-ci turun “Turan T” – “Bakılı” matçı isə 11 sentyabr tarixindən 6 oktyabr tarixinə keçirilib. (PFL)
