Stoyanov: Azərbaycana qalib gəlməkdən başqa hədəfimiz yoxdu
Futbol üzrə Bolqarıstan yığmasının qapıçısı Vladislav Stoyanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı Bakıda keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bilirəm ki, onların futbolçularının əksəri yerli çempionatda çıxış edirlər. Komandanın əsasını Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın futbolçuları təşkil edir. "Neftçi"dən, Almaniya klublarından da futbolçuları var. Kifayət qədər möhkəm komandadı, yaxşı fiziki göstəriciləri var. Amma bu, keçmiş SSRİ ölkələrinin komandaları üçün normal haldı. Rəqibin necə futbol oynadığını bilirik. Amma daha ətraflı məlumatı bizə baş məşqçimiz deyəcək. Həm də Azərbaycanla oyun öncəsi bütün kartları açmaq istəmirik. Fikrimcə, Azərbaycana qalib gələcəyik. Bakı səfərində başqa hədəfimiz yoxdu".
