4 sentyabr 2014 15:30

Cavid Hüseynov: Əminəm ki, Bolqarıstana qalib gələcəyik

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov Rusiyaya qarşı keçirilmiş yoxlama oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Millinin zəif oyunu haqda nə deyə bilərsiz?
- Əlbəttə, üzücü məğlubiyyətdi. Bu komandaya qarşı həmişə yaxşı oynayırdıq. Amma yəqin fikir verdizsə, bu oyunda əsas heyətin əksər üzvləri meydanda yox idi.

- Bu, yığmanın zəif oyununa haqq qazandıra bilər?
- Xeyr. İstənilən halda məğlubiyyət məğlubiyyətdi. Üzücüdü.

- Berti Foqts oyundan sonra nə dedi?
- Bildirdi ki, hər kəs öz oyunu haqda bir daha düşünsün. Təbii ki, sərgilədiyimiz oyun, nəticə onun da ürəyincə olmamışdı.

- Komandanın yorğun görünməsi nə ilə bağlı idi?
- Deməzdim ki, yorğun idik. Sadəcə, istədiyimiz kimi oynaya bilmədik. Start heyətimiz aparıcı futbolçulardan təşkil olunmamışdı. Baş məşqçinin öz düşüncələri var idi. Buna da hörmətlə yanaşmaq lazımdı. Mümkündü ki, Bolqarıstan yığmasının nümayəndələrindən bizim oyunumuzu izləyənlər var idi və iz azdırmaq istəyirdi.

- Bolqarlarla görüşdə belə oyunla nə gözləyə bilərik?
- İnanıram ki, Bolqarıstanla oyunda tamamilə fərqli oynayacağıq. Minimum Rusiya ilə oyunun ikinci hissəsindəki kimi çıxış etməyə və qələbə qazanmağa çalışacağıq. Hətta deyərdim ki, sentyabrın 9-da qələbə qazanacağımıza əminəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.