4 sentyabr 2014 13:45
Neftçidə yeni təyinatlar
“Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. Azerisport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
1. Vitse-prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq “Neftçi”nin icraçı direktoru Mübariz Xudiyevə tapşırılsın.
2. Şükürov Elnur Əşrəf oğlu klub prezidentinin müşaviri vəzifəsinə təyin edilsin. (klub saytı)
