4 sentyabr 2014 13:35
Arif Əsədov: Neftçinin ötən mövsümdəki uğursuzluğunu unutdurmağa çalışacağıq
“Neftçi”nin baş məşqçisi təyin olunan Arif Əsədov bununla bağlı ilk fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Əsədov ona göstərilən etimada görə klub prezidentinə təşəkkürünü bildirib.
Mütəxəssis təyinatı ilə bağlı klubun rəsmi saytına bunları söyləyib: “İlk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm ki, məni yenidən “Neftçi”yə dəvət etdi. Bu komanda həmişə mənim üçün doğma olub. Həm futbolçu, həm də məşqçi kimi “Neftçi”də püxtələşmişəm. Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə apardığını bilirəm. Bu komandada çempionluq sevinci yaşamışam. Çalışacağıq ki, “Neftçi”nin ötən mövsüm çempionatdakı uğursuzluğunu unutduraq”.
