3 sentyabr 2014 00:12
Rusiya ilə oyunda millimizi 1000-ə yaxın azarkeş dəstəkləyəcək
Bu gün Moskvada yerli Rusiya yığması ilə Azərbaycan millisi arasında yoxlama oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, millimiz bu görüşdə dəstəksiz qalmayacaq.
Belə ki, 1000-ə yaxın azərbaycanlı azarkeşin qarşılaşmanı canlı izləməsi, millimizi dəstəkləməsi gözlənilir.
Qeyd edək ki, Rusiya - Azərbaycan matçı bu gün "Ximki Arena"da baş tutacaq və 20:00-da start götürəcək.
