4 sentyabr 2014 00:05
Rəşad Sadıqov: Standartlar bizim ən zəif cəhətimizdi
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Rusiyaya qarşı keçirilmiş yoxlama oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 0:4 hesablı məğlubiyyəti belə şərh edib.
"Oyun haqda danışılası xüsusi nəsə yoxdu. Bu, bizim oyunumuz deyildi. Birinci hissədə bizdə ümumiyyətlə heç nə alınmadı. Standart vəziyyətdən iki qol buraxdıq. Bu, bizim ən zəif cəhətimizdi".
