3 sentyabr 2014 23:10
Vaqif Cavadov: Bu hesabla uduzmaq istəməzdik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Rusiyaya qarşı keçirilmiş yoxlama oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 0:4 hesablı məğlubiyyəti belə şərh edib.
"Komandamız meydanda döyüşdü. Xüsusilə də ikinci hissədə yaxşı oynadıq. Bu oyun Bolqarıstanla seçmə mərhələ görüşü öncəsi bizim üçün vacib qarşılaşma idi. Baxmayaraq ki, hesab arzuladığımız kimi olmadı. Belə hesabla uduzmaq istəməzdik".
