3 sentyabr 2014 22:40
"Azərbaycan yığması isə bizi heç nə ilə təəccübləndirmədi"
Rusiya yığmasının və "Rubin"in yarımmüdafiəçisi Məhəmməd Ozdoyev Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Yığma komandada debütümə görə fəxr edirəm. Fabio Kapello sağ olsun ki, mənə də belə bir şans verdi və Rusiya yığmasının formasını geyindim. Baş məşqçi oyundan sonra məni təriflədi, yaxşı oynadığımı dedi. Bu, çox xoşdu. Azərbaycan yığması isə bizi heç nə ilə təəccübləndirmədi".
