3 sentyabr 2014 22:25

Foqts: Biz bu komanda ilə AÇ-nin final mərhələsinə çıxmağa çalışacağıq

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Rusiya ilə yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandamızın 0:4 hesablı məğlubiyyətindən sonra bunları söyləyib:

- Rusiyanı qələbə münasibətilə təbrik edirəm. Rəqib bizdən güclü idi və nəticə də oyuna görə oldu. Bizi həm sürətdə, həm də taktikada üstələdilər. Futbolçularım çoxlu səhvlərə yol verdilər. Bu səhvləri görmək istəməzdim. Amma Bolqarıstanla vacib oyun öncəsi bunları görməyimiz xeyrimizə oldu.

- Eksperimentlərinizin fiaskoya uğradığını demək olar?
- Heyətdə eksperimentlər aparmaq üçün belə oyunlar lazımdı. Bizim müdafiə xəttində problemlər var idi. Bu, bizim ən yaxşı oyunumuz deyildi.

- Komanda psixoloji baxımdan hazırlıqlı görünmür...
- Problem heç də psixoloji hazırlıqda deyil. Sadəcə, Rusiya yığmasının futbolçuları hər şeyi taktiki cəhətdən düzgün etdilər, bizim oyunçular isə yox.

- Özbəkistan və Rusiya ilə oyunlar göstərdi ki, yığmamızın AÇ-2016-nın final mərhələsinə çıxmaq istəyi ciddi deyil. Siz hələ də əvvəlki fikrinizdə qalırsız?
- Biz bu komanda ilə final mərhələsinə çıxmaq üçün mübarizə aparacağıq. Evdə daha yaxşı oynayırıq. Mən komandama inanıram. Əsas odu ki, mövcud problemləri gördük və onları aradan qaldırmaq imkanımız olacaq.

- Son iki oyunda start heyətdə yer alan Dmitri Nazarovu əsas heyətin üzvü saymaq olar?
- Bu gün mən bir daha Bolqarıstanla oyunda kimlərə əsas heyətdə yer verəcəyimi gördüm. Nazarova gəlincə, hər şey onun özündən asılıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.