3 sentyabr 2014 19:05
Böyükağa Hacıyev: Rusiya - Azərbaycan matçı heç-heçə bitəcək
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan millisinin Rusiya ilə yoldaşlıq görüşüylə bağlı danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rusiya əsas heyət üzvlərinə istirahət verəcək. Eşitdiyimə görə, Fabio Kapello daha çox ehtiyat qüvvəni yoxlayacaq. Bununla belə, asan oyun olmayacaq. Azərbaycan millisi yaxşı oynasa, heç-heçə edə bilər. Səfərdə hər zaman çətindi. Rusiya komandası bizə qarşı həmişə yaxşı mübarizə sərgiləyib. Bu oyunun heç-heçə başa çatacağını gözləyirəm. Ən əsas Bolqarıstana qarşı layiqli oynamaqdı".
