3 sentyabr 2014 18:05

Aqil Məmmədov: Onlar İnterlə oyunda öz mövqelərini itirdilər

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub.

- Azərbaycan milli komandasının oyunları ilə əlaqədar olaraq, Topaz Premyer Liqasında yaranmış fasilədən necə istifadə edəcəksiz?
- “Araz Naxçıvan”la görüşdən sonra futbolçuları istirahətə buraxmışdım. Dörd günlük fasilədən sonra sabah toplaşırıq. 6 futbolçumuz U-21 yığmasının heyətindədi. Buna baxmayaraq, 1 yoxlama oyunu keçirməyə qərar verdik. İnşallah, şənbə günü saat 18:00-da “İnter”lə üz-üzə gələcəyik.  Bu oyun “Bakı” klubunun təlim-məşq bazasında reallaşacaq. Oyunun məhz bu arenada keçirilməsi bizim üçün sərfəlidi.  Çünki Topaz Premyer Liqasının 5-ci turunda məhz “Bakı” ilə bu meydançada oynayacağıq.

- “İnter”lə oyunda qeydə alınan 1:5  hesablı məğlubiyyətdən sonra heyətdə bir çox dəyişiklik etdiz. “Araz Naxçıvan” üzərində dəyişik heyətlə qələbə qazanmağınız ikinci heyətin daha uğurlu olmasına işarədi?
- Bəli, ikinci heyəti daha uğurlu saymaq olar. İdman prinsiplərində belə bir qanunauyğunluq var ki, uduzan heyətdə mütləq islahatlar aparılmalıdı. Mən “İnter”lə oyunda meydana çıxan 4  futbolçunu “Araz Naxçıvan”la matçda  ehtiyatda saxlamışdım. Onlar əsas heyətdəki yerlərini məhz “İnter”lə oyunda itirdilər. Amma sözsüz ki, onlar da bizim oyunçularımızdı. Həmin futbolçular öz yerlərini qaytarmaq üçün mütləq mübarizə aparmalı və 2 qat güclə çalışmalıdılar. Kim güclüdüsə, o da meydançaya çıxacaq.

- “Sumqayıt” hazırda turnir cədvəlinin lideridi. “Sumqayıt”ın liderliyi uzunmüddətli ola bilərmi?
- Deməzdim ki, biz rəqiblərimizi böyük fərqlə üstələmişik. Bəzən idman xoşbəxtliyi bizim tərəfimizdə olub. Biz qələbələri futbolçuların sona qədər döyüşməsi, mübarizədən qopmaması nəticəsində qazanmışıq. Əvvəl də demişəm, yenə də deyirəm: Bizim hədəfimiz çempionluq deyil. Məqsədimiz yaxşı oyun sərgiləmək, qələbələr qazanmaqdı. Kimin çempion olacağı, kimin digər medalları qazanacağını isə çempionatın sonunda  görəcəyik.

- Ötən mövsüm əsas oyunçularınızdan sayılan Pərdis Fərcad Azadın zədəsinin sağalması üçün nə qədər zamana ehtiyac var?
- Pərdisin zədəsi ciddidi. Mən istərdim ki, Pərdis tez qayıtsın. Amma hesab edirəm ki, onun qayıdışı ən yaxşı halda, yanvar ayında reallaşa bilər.

- Sumqayıtda həmişə futbol ab-havası olub. Adətən, Sumqayıt stadionuna gələn azarkeşlərin də orta yaş həddi yüksəkdi. Yəni Sumqayıt  camaatı artıq “Sumqayıt”ı doğma komanda kimi qəbul edir. Bu barədə düşüncələriniz necədi?
- Bəli, camaatın, xalqın komandası olmaq çətin işdi. Gərək azarkeş rəğbəti qazanasan. Bəli, Sumqayıtda gəlmə komandalar çıxış ediblər. Yəqin ki, həmin vaxt hər hansı bir soyuqluq olub. İndiki məqamda isə vəziyyət fərqlidi. Azarkeşlər bizə hər zaman dəstək olublar və bizi heç vaxt darda qoymayıblar.

- Növbəti turda rəqibiniz “Bakı”dı. Bu komanda ilə bağlı hansı fikirdəsiz?
- Bir məsələni vurğulayım ki, “Bakı” heç də zəif komanda deyil. Məğlub olduqları oyunlarda da yaxşı futbol sərgiləyiblər. Döyüşməyi bacaran komandaya qarşı oynayacağıq. Bu baxımdan işimiz heç də asan olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.