3 sentyabr 2014 17:00

Əfran İsmayılov: Foqts məni çağırmamaqla düz edib

Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi

- Azərbaycanla Rusiya arasındakı beşinci oyun nə ilə yadda qala bilər?
- Əvvəlki dörd oyun rəsmi turnirlər çərçivəsində baş tutmuşdu, bu isə adi yoxlama oyunudu. Amma bu oyuna da diqqətlə yanaşmaq lazımdı. Çünki qarşıdakı Bolqarıstanla seçmə mərhələ oyunu öncəsi son sınağımızdı.

- Yığmamıza bu oyunda nəticə nə dərəcədə vacibdi?
- Rusiya bizim üçün həmişə prinsipial rəqib olub. Onlar üzərində qazanılacaq qələbə və ya heç-heçə bolqarlarla görüş öncəsi futbolçularımız üçün böyük stimul olacaq.

- Berti Foqts deyib ki, futbolçularımız ruslarla oyuna 110%, qalan rəqiblərlə oyuna 60% motivasiya ilə çıxırlar. Bu, belədi?
- Bu, onun fikridi. Yəqin ki, əksər rəqiblərlə oyunda 60-cı dəqiqədən sonra tempin düşməsini nəzərdə tutur.

- Özbəkistanla oyuna çağırılsaz da, Moskvaya aparılmadınız. Niyə?
- Bilmirəm. Bu, Foqtsun qərarıdı, hörmətlə yanaşıram. Yəqin ki, yaxşı hazır olmadığıma görə çağırmayıb. Özü də mənə demişdi ki, daimi oyun təcrübəm olmasa, yığmaya çağırılmayacam. Bu, düzgün qərardı. Klubunda oynayan futbolçulara dəvət göndərilməlidi.

- Sizcə, yığmamız ruslarla oyunda gücünü qorumağa çalışacaq?
- Düşünmürəm. Bizə nəticə lazımdı. Amma fikrimcə, komandamız Bolqarıstanla oyuna tam fərqli istəklə çıxacaq.

- Razısız ki, Azərbaycanın indiki yığması daha güclüdü?
- Bunu deyə bilmərəm. Analiz aparmaq lazımdı. Əgər AÇ-2016-nın final mərhələsinə vəsiqə qazansaq, onda hansısa uğurdan danışmaq olar. Amma indidən nəticə çıxarmaq düz deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.