3 sentyabr 2014 16:50
Qarabağın Avroliqadakı oyunlarının başlama saatı dəyişdi
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının başlama saatları dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.
UEFA-nın qərarına əsasən komandamız Bakıdakı oyunlarını saat 21:00-da keçirəcək. Halbuki, öncədən oyunların 22:00-da start götürəcəyi bildirilirdi.
Qarabağ - Sent-Etyenn
18.09.2014. 21:00.
Qarabağ - Dnepr
06.11.2014. 21:00
Qarabağ - İnter
11.12.2014. 21:00
