3 sentyabr 2014 14:30
Rauf Əliyev: Rusiyaya qol vurmağa çalışacam
Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın hücumçusu bu gün baş tutacaq Rusiya ilə yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı hazırlıq keçmişik. Oyuna hazır olduğumuzu düşünürəm. Amma nəticənin bizim üçün nə dərəcədə yaxşı olacağını bilmirəm. Sonadək döyüşəcəyik. Qol vurmağa çalışacam".
