3 sentyabr 2014 14:10
Azərbaycan - İsrail oyunu canlı yayımlanmayacaq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün saat 19:00-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - İsrail oyunu canlı yayımlanmayacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, bu oyunun yalnız videoyazısı bu gün saat 22:00-da İdman Azərbaycan kanalında nümayiş olunacaq.
