3 sentyabr 2014 13:05
İnter məşqləri bərpa etdi
Məlum olduğu kimi, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki oyunlarla əlaqədar 4-cü turdan sonra Premyer Liqada fasilə yaranıb. Azerisport.az xəbər verir ki, avqustun 29-da “Xəzər Lənkəran”la oyundan sonra “İnter”in futbolçularına istirahət verilmişdi.
Bu gün komanda yenidən “İnter Arena” stadionuna toplaşıb və səhər məşqini keçib. Məşq prosesi eyni məsafəyə qaçışlardan ibarət olub. Komanda axşam da məşq edəcək.
Qeyd edək ki, səhər məşqində Azərbaycan milli komandasına dəvət almış Səlahət Ağayev, həmçinin gənclərdən ibarət milli komandaya çağrılmış Azər Salahlı və Fuad Bayramov iştirak etməyib. Bir müddətdi zədəsi üzündən məşq etməyən Mirzağa Hüseynpur da fərdi proqramlar üzrə hazırlıqlara başlayıb. (klub saytı)
