3 sentyabr 2014 12:55

Birinci Divizion klublaırı hədəflərini açıqladı

Azərbaycan 1-ci divizionunda növbəti mövsümün püşkatması keçirildi. Azerisport.az xəbər verir ki, AFFA-nın inzibati binasında reallaşan tədbirdə divizionda yarışacaq 16 komandanın nümayəndələri də iştirak etdilər.

Mərasimdən sonra Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamalar verən klub nümayəndələri bir sıra maraqlı məqamlara toxundular.

“Bu dəfə hədəf ilk beşlikdə qərarlaşmaqdı”

Nadir Qasımov (“Şuşa” klubunun baş məşqçisi): “Komandada ümumi ab-hava yaxşıdı. Deyərdim ki, kollektiv çempionata tam hazırdı. Sadəcə, biz indiki məqamda sponsor baxımından bir qədər əziyyət çəkirik. Konkret olaraq, rəsmi sponsorumuz yoxdu. Amma bütün bunlara baxmayaraq, işimizi davam etdiririk. İrandan iki yeni futbolçu heyətə cəlb olunub, Rusiyadan qapıçı dəvət etmişik, həmçinin Rusiyada yaşayan bir azərbaycanlı futbolçunu dəvət etmişik. Ötən il biz maddi durumumuzun fonunda yaxşı nəticə əldə etdik. Fasilə zamanı heyətimizdən 6 futbolçu getdi, iddiamız isə azalmır. Cari mövsümü mütləq şəkildə ilk yerdə başa vurmalıyıq. Sponsor məsələsi həll olunsa, o zaman işimiz asanlaşar. Çempionat ərzində Respublikanın 11 bölgəsində oyunlarda olacağıq. Bütün bunlar maliyyə tələb edir. Ona görə də sponsora ehtiyacımız var”.

“Bir neçə turdan sonra biləcəyik ki, bu komanda nəyə qadirdi”

Füzuli Əliyev (“Rəvan”ın icraçı – direktoru): “Tamamilə yeni komanda qururuq. Ötənilki heyətdən sadəcə bir futbolçu qalıb. Yamin Ağakərimzadə heyətdə saxlanılıb. Komandanın əsasını isə ötən il əvəzedici heyətdə çıxış edən gənclər təşkil edir. Biz onlara güvənirik. Eyni zamanda, heyətə yeni futbolçular da qoşulub. Pərvin Paşayev, Orxan Məmmədov kimi oyunçuları komandaya  gətirmişik. Cəmşid Məhərrəmovun durumu hələ ki, bəlli deyil. Onun bizimlə müqaviləsi var. Futbolçuya tapşırmışıq ki, özünə komanda tap. Əgər onun işləri alınmasa, o zaman bizimlə qalacaq. Biz çempionata hazırıq. Yenidən Premyer Liqaya qayıtmaq gücündə olub-olmadığımızı isə bir neçə tur keçdikdən sonra deyə bilərik”.

“Məqsədimiz birdi”

Tahir Mustafayev (“Qaradağ Lökbatan”ın prezidenti): “Biz həm ölkə daxilində, həm də ölkə xaricində təlim-məşq toplanışında olmuşuq. Deyərdim ki, bu il çox yaxşı kollektiv formalaşdırmışıq. Son vaxtların ən yaxşı komandasını qurmuşuq. Məqsədimiz birdi: birmənalı şəkildə çempionluq uğrunda mübarizə aparacağıq. Bu heyət çempion olmağa layiqdi. İnşallah, çempionatda uğurlu çıxışımızı davam etdirib, qızıl medalları qazanmalıyıq”.

“Yeni yaranan klub olsaq da...”

Aydın Gözəlov (“Zirə”nin idman direktoru): “Biz yeni yaranan klub olsaq da, çempionata hazırıq. Hər hansı bir problemimiz yoxdu. Çempionatda yarışacağımız ilk ildə medalçılar sırasına düşmək hədəfimizdi. Əyarın fərqi yoxdu, əsas medaldı. Biz heyətə çox sayda gənc oyunçu cəlb etmişik və onlara güvənirik”.

“Çempionata tam hazır deyilik”

Mətləb Məmmədov (“Mil Muğan”ın baş məşqçisi): “Deməzdim ki, komanda çempionata tam hazırdı. Çünki istədiyim futbolçuları komandaya cəlb edə bilməmişəm. Buna görə də problemlər var. Hər mövqedə oyunçuya ehtiyacımızın olduğunu hiss edirəm. Amma biz heç kimdən zəif deyilik və oyunlarda sona qədər mübarizə aparacağıq. Klubda maddi durum ötən il olduğu kimidi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.