2 sentyabr 2014 12:29

Bartuloviç: Azərbaycan çempionuna hörmətlə yanaşmaq lazımdı

Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Mladen Bartuloviçin azerisport.az saytına müsahibəsi

- "Dnepr" çempionatdakı "Vorskla" ilə oyununda cari mövsümdə ilk dəfə xal itirdi. Niyə?
- Bu, bizim üçün vacib oyun olsa da, qələbə qazana bilmədik. Əksinə, uduza da bilərdik. İlk yarıda qol buraxsaq da, fasilədən sonra cavab qolunu vurub, xal qazandıq.

- "Dnepr" Avropa Liqasının qrup mərhələsinə hazırdı?
- Bəli. Ölkə çempionatının oyunları da göstərdi ki, biz yaxşı formadayıq. Avroliqanın təsnifat mərhələsində də pis oynamadıq. Amma qrup mərhələsindəki rəqiblərimiz kifayət qədər güclüdü.

- "Dnepr"in şanslarını necə qiymətləndirirsiz?
- Aydın məsələdi ki, qrup mərhələsində zəif komanda yer ala bilməz. Hesab  edirəm ki, çox güclü qrupa düşmüşük. "İnter" və "Sent-Etyenn" kifayət qədər yüksək səviyyəli komandalardı.

- Bəs "Qarabağ"?
- Bu, mənim üçün yeni komandadı və etiraf edim ki, onlar barədə məlumatım yoxdu. Amma Azərbaycan çempionu olduğunu bilirəm. Deməli, ona hörmətlə yanaşmaq lazımdı. "Qarabağ"la oyunlarımız da çətin olacaq.

- Azərbaycan futbolu haqda nə dərəcədə məlumatlısız?
- Sizdə yaxşı futbolçuların olduğunu bilirəm. Yığmanız həmişə sürprizlərə imza atmağa çalışır. Sonuncu dəfə Rusiyadan xal almışdı. Dostlarımdan Tomislav Buşiçlə Uilyam Batista Azərbaycanda çıxış ediblər. İndiki komanda yoldaşım Sergey Kravçenko vaxtilə elə "Qarabağ"da oynayıb. "Qarabağ"ın "Zalsburq"a qalib gəlməsindən, azarkeşlərinizdən də xəbərim var. Amma bizim hədəfimiz qrupdan çıxmaqdı. Ona görə "Qarabağ"a qarşı ciddi oynamalıyıq.

- Azərbaycan və Xorvatiya yığmaları AÇ-2016-nın seçmə mərhələsində bir qrupda yer alsa da, deyəsən siz yığmaya dəvət olunmursuz...
- Baş məşqçi dəvət göndərmir. Halbuki, 27 yaşım var və yığmada çıxış edə bilərəm.

- Azərbaycanın Xorvatiya ilə oyunda sürprizə imza atmaq şansı var?
- Xorvatiya AÇ-nin final mərhələsinə çıxmağa çalışacaq. Bunun üçün yetərli gücə, heyətə malikdi. Xorvatiyanın "Barselona", "Real", "Atletiko" kimi klublarda çıxış edən futbolçuları var. Amma Azərbaycan da ciddi komandadı və bizə asan olacağını düşünmürəm. Əsas Bakıda məğlub olmamaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.