2 sentyabr 2014 18:15

Foqts: Blatterə məktub yazacam ki, Xorvatiya ilə oyunu təxirə salsın

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sabah baş tutacaq Rusiya ilə yoxlama oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Moskvadakı toplantı zamanı bunları söyləyib:

- Rusiyalı dostlarımıza belə bir matç təşkil etdiklərinə görə təşəkkürümü bildirirəm. Seçmə mərhələ öncəsi bu, bizim üçün yaxşı yoxlanış olacaq. Şadam ki, qarşıdakı iki il ərzində daha bir oyun gözləyir. Rəqib üçün də bu oyun vacibdi. Onlar DÇ-dən sonra ilk oyunlarına çıxacaqlar. RFİ Fabio Kapello ilə işbirliyini davam etdirməklə düzgün addım atdı. İtaliyalı dünyanın ən yaxşı mütəxəssislərindən biridi.

- Türkiyənin PTT 1-ci Liqasında çıxış edən futbolçularımızdan razısız?
- Onların Super Liqada, Bundesliqada, A Seriyasında oynamalarını istərdim. Onların PTT 1-ci Liqasında oynamasından razı qala bilmərəm. Eyni problemdən Kapello da əziyyət çəkir. Mənim fikrimcə, Azərbaycan Premyer Liqası PTT 1-ci Liqadan geri qalmır.

- Sabahkı oyunun nəticəsi sizin üçün nə dərəcədə vacibdi?
- Qələbə. Mənə hər oyunda qələbə qazanmaq vacibdi. Meydanda hansı heyət olur-olsun, qələbəyə oynamalıyıq. Mən futbolçularıma deyə bilmərəm ki, "sabah yoxlama matçıdı, çıxın öz bildiyiniz kimi oynayın". Yaxşı məşqçi elə fikir söyləməz. Sabah yaxşı oynasaq, minimal hesabla uduzsaq, yenə razı qalaram.

- Kapello daha çox oynatmadığı futbolçulara şans verəcəyini açıqlayıb. Bəs siz?
- Qoy bu sürpriz qalsın.

- Bu oyunda sentyabrın 9-da baş tutacaq Bolqarıstanla oyunda çıxış edəcək futbolçulara üstünlük verəcəksiz?
- Bu barədə mən sizə yalnız Bolqarıstanla oyuna yarım saat qalmış məlumat verə bilərəm.

- Rusiya ilə 4 oyunda çox yaxşı mübarizə aparmısız. Amma komandanız Özbəkistan və Fələstin kimi komandalara qarşı çox zəif oynayıb. Bunun səbəbi nədi?
- Azərbaycanla Rusiya arasında həmişə rəqabət olub. Kiçik ölkə həmişə böyüyə qalib gəlməyə çalışır. Biz də bunu edə bilərik. Rusiya ilə oyun üçün əlavə motivasiyaya ethiyac olmur. Futbolçularımız bu komanda ilə görüşə 110% motivasiya ilə çıxırlar. Digər rəqiblərlə oyunlara isə 60%.

- Yığma AÇ-nin final mərhələsinə çıxmağa hazırdı?
- Belə turnirlərin iştirakçısı olmaq üçün bəxt də lazımdı. Məsələn, Rusiyaya 0:1 hesabıyla uduzduğumuz oyunu götürək. Yəqin mənimlə razılaşarsız ki, hakim həmin oyunda penaltini verməyə bilərdi. Səfər oyunlarında az xal itirmədik. Fikrimcə, bəxtimiz gətirsəydi, Rusiyadan sonra ikinci ola bilərdik.

- "Qarabağ"la "Neftçi"nin Premyer Liqadakı oyunlarını təxirə salması sizin ürəyinizcə olmadı. Yığmamız sıx qrafikdə oynamağı bacaracaq?
- Oktyabrda İtaliya və Xorvatiya ilə üç gün ərzində qarşılaşacağıq. Özü də səfərdə. Bu, çox çətindi. Klubların oyunlarını təxirə salması mənə də problem yaradır. Blatterə məktub yazacam ki, Xorvatiya ilə oyunu təxirə salsın (gülür). Amma "Qarabağ"ı Avroliqanın qrup mərhələsinə çıxması münasibətilə təbrik edirəm. "Qarabağ" ölkənin ən yaxşı komandasıdı, özü də böyük fərqlə. "Neftçi" də qrupa düşsəydi, daha yaxşı olardı. Yerli futbolçular üçün hər bir beynəlxalq oyun vacibdi. Premyer Liqanın oyunları bundan sonra təxirə salınmasa, çox sevinərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.