2 sentyabr 2014 16:55

Fabio Kapello: Azərbaycan yığması son vaxtlar çox artırıb

Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Azərbaycanla yoxlama oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi italiyalı mütəxəssisin fikirləri ilə tanış edir.

- Dzyubanı əvvəllər komandaya çağırmazdız. Amma indi əksinədi...
- Onun meydana çıxdığı bütün oyunları izləmişəm. Hesab edirəm ki, Dzyuba çox artırıb. Çəkisini atıb, daha hərəkətli olmağa başlayıb. Onunla çalışan insanlarla da danışdım. Baxışlarımız üst-üstə düşdü.

- Artıq üç aydı maaşlarınız verilmir. Buna görə Rusiya yığmasını tərk etməyiniz mümkündü?
- Bu, məni narahat etmir. Bu barədə düşünmürəm də. Məni ilk növbədə Azərbaycan və Lixtenşteynlə oyunlar maraqlandırır.

- Azərbaycanla oyun sizin üçün nə dərəcədə önəmlidi?
- Asan oyun olmayacaq. Azərbaycan yığması son zamanlar çox artırıb. Oyun ərzində altı əvəzetmə etməyimiz mümkündü ki, bu şansdan maksimum yararlanmaq istəyirəm. Əvvəllər oynamamış və ya az oynamış futbolçulara şans verəcəm. Yığmanı tədricən yeniləmək lazımdı.

- Yığma əvvəlki stilində oynayacaq, ya dəyişklik var?
- Oyun üslubunu dəyişmək üçün ona uyğun futbolçuların olmalıdı. Rusiyanın əksər komandaları 4-3-2-1 taktikası ilə oynayırlar. Bunu nəzərə almağa məcburuq. Bizim əsas işimiz bu futbolçuların potensialını maksimum açmağa yardımçı olmaqdı. Sizə onu deyə bilərəm ki, sabah biz də 4 müdafiəçi ilə oynayacağıq. Qapıda isə Akinfeyev olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.