2 sentyabr 2014 14:30

Tahir Gözəl: Qarabağın güclənməsi Qurban Qurbanovdan asılıdı

"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl azerisport.az saytının suallarına cavab verib.

- Çempionluq Kubokunu Ağdamda minlərlə azarkeş qarşıladı. Gələcəkdə komandanın ev oyunlarının Quzanlıda keçirilməsi mümkündümü?
- Ağdamda tariixi oyunlar oynamışıq. "Qarabağ"a dəstək olan hər kəsə təşəkkür edirəm. Ağdamdakı azarkeşlərimiz bizi tək qoymayıb. Rəqiblər üçün çətin anlar yaşanıb. Bütün klublarımıza Quzanlıda "Qarabağ"a qarşı oynamaq çətin olub. Mənim üçün əziz oyunların əksəriyyəti məhz burada baş tutub. Gələcəkdə əsas oyunlardan bir neçəsini Ağdamda oynamaq barədə düşünəcəyik. Bununla bağlı Peşakar Futbol Liqasına müraciət ünvanlanacaq. Sadəcə, stadionun ot örtüyü çox pis vəziyyətdədi. Biz lazımi strukturlarla danışırıq və stadionun ot örtüyünün düzəldilməsi üçün işlər görəcəyik. Bundan sonra oyunların Ağdamda keçirilməsi müzakirə olunacaq.

- Azərbaycan Premyer Liqasına uğursuz başladınız. "Qarabağ" startda xal itirməsini nə ilə izah edərdiz?
- Startda xal itirmək istəmirdik. Uğursuz başlanğıc oldu. Amma ümid edirəm ki, bundan sonrakı oyunlarda problem olmayacaq. Çempion komandamız bizi sevindirəcək.

- Avroliqanın qrup mərhələsində "İnter", "Dnepr", "Sent-Etyenn" klublarıyla mübarizə aparacaqsız. "Qarabağ"ın şanslarını necə qiymətləndirirsiz?
- "Qarabağ"ın uğurundan sonra çoxlu sayda təbrik almışam. "Tvente", "Real Sosyedad" kimi klublar Avroliqanın qrupuna vəsiqə qazana bilmədi. Amma biz bunu bacardıq. Sözsüz, qarşıda bizi çətin oyunlar gözləyir. Mən komandama inanıram və ümid edirəm ki, azarkeşlər əvvəlkitək bizi dəstəkləyəcək. Hər bir oyunda maksimum nəticə üçün oynayacayıq. Zədəli və cəzalımız olmasa, problem olmayacaq. Rəqiblərimiz zəif deyil, amma "Qarabağ" da artıq bu mərhələdə oynamağa layiqdi. "Qarabağ" layiqli oyunla qrup mərhələsinə vəsiqə qazandı.

- Yeni transferlər gözlənilirmi?
- Bizim klub peşəkar qaydalarla idarə olunur. Transferlərlə baş məşqçimiz Qurban Qurbanov məşğul olur. Əgər onun bəyəndiyi futbolçu olursa, rəhbərliyə bu barədə məlumat verilir. Nəticədə həmin futbolçuyla danışıqlara başlanılır. "Qarabağ" rəhbərliyi olaraq heyətə gücləndirməyə hazırıq. Transferlər baş məşqçimizdən asılıdı.

- "Bakı" ilə oyundan sonra Qurban Qurbanov söyləyib ki, iki futbolçunun transferi gözlənilir. Sizdə bu barədə məlumat var?
- Ağdama gələrkən yolda da transferlərlə bağlı danışdıq. Qurban Qurbanova söylədim ki, heyətlə bağlı kim lazım olsa, rəhbərliyə məlumat versin. Biz tez bir zamanda həmin futbolçuyla müqavilə imzalamağa çalışacağıq. Hazırda bizə heç bir ad deyilməyib. Amma unutmaq olmaz ki, vaxtımız da çox azdı. Qısa bir zamanda yaxşı futbolçu tapmaq da çox çətindi. Bununla belə məşqçimizə inanırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.