1 sentyabr 2014 12:50

Xaqani Məmmədov: Hakim FİFA oyun qaydalarına uyğun addım atıb

Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Sumqayıt” – “Araz Naxçıvan” (0:1) oyunundan sonra qonaq komanda görüşün idarəçiliyindən narazı qalıb. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlama verən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov həmin mübahisəli 3 epizodu şərh edib:

“Hakim FİFA qaydalarına uyğun qərarlar verib”

“Sumqayıt” – “Araz Naxçıvan” oyununda olduqca incə məqamlar var. Sıravi vətəndaş, azarkeş qaydaların incəliklərini bilmədiyi üçün hakimin səhv etdiyi qənaətində ola bilər. Qarşılaşmanın 39, 77 və 90+3-cü dəqiqələrində hakimin qəbul etdiyi qərar düzgündü. Hakim FİFA oyun qaydalarına uyğun olaraq, addım atıb. “Sumqayıt” – “Araz Naxçıvan” oyununda hakim səhvə yol verməyib.

“1-ci epizodda “Sumqayıt”ın futbolçusu bilərəkdən əl ilə oynamayıb”

“Konkret birinci epizoddan danışaq. “Araz Naxçıvan”ın futbolçusu qapıya uzaq məsafədən güclü zərbə endirir. Top futbolçunun dizinə dəydikdən sonra normal vəziyyətdə olan ələ toxunur. Mən sual verirəm: müdafiə olunan komandanın futbolçusu topun qarşısını kəsmək məqsədi ilə əlindən və ya qolundan bilərəkdən istifadə edirmi? Xeyr. “Sumqayıt”ın futbolçusu əlini gizlətməyə çalışır. Belə bir vəziyyətdə penaltidən söhbət gedə bilməz. Futbol oyun qaydalarının 12-ci bəndində qeyd olunur ki, oyunçu bilərəkdən topa əl ilə oynayırsa, penalti təyin olunmalıdı. Bu epizodda isə bilərəkdən edilən hərəkət yoxdu”.

“Sumqayıt”ın futbolçusu topu görmür”

“İkinci epizod zamanı havada top uğrunda mübarizə gedir. Sözsüz ki, heç kim havaya əli bədəninə bitişik şəkildə qalxmır. Bu zaman əlin açıq olması normaldı. Müdafiə olunan komandanın üzvünün əlinə topu rəqib futbolçu vurur. “Sumqayıt”ın futbolçusunun arxası rəqibə tərəf olduğu üçün topun hərəkət istiqamətini görmür. Hər ələ dəyən topa görə penalti vermək olmaz. Oyun qaydaları təkmilləşir, oyun qaydalarına əlavə olunur. FİFA bu tip epizodlara çox həssas yanaşır. Konkretləşdirsək, 2-ci epizodda da penaltidən söhbət gedə bilməz”

“Qapıçı toxunulmazdı”

“Sonuncu epizodla bağlı şərh verərkən onu deyim ki, qapıçı meydançasında qapıçı toxunulmazdı. Bu epizodda isə istər “Araz Naxçıvan”ın bir neçə futbolçusu, istərsə də “Araz Naxçıvan”ın qol vurmaq üçün irəli atılan qapıçısı epizoda müdaxilə edirlər. Epizod məhz “Araz Naxçıvan”ın qapıçısının epizoda müdaxiləsindən başlanır. “Araz Naxçıvan”ın qapıçısı bütün oyunçuları itələməyə meyillidi. Qonaq komandanın futbolçuları məhz “Sumqayıt”ın qapıçısına qarşı kobudluq edərək, topun qapıdan keçməsinə nail olurlar. Sözsüz ki, bu da qol sayıla bilməz. Bu tip epizodlara tez-tez rast gəlinir. “Araz Naxçıvan”ın etirazını normal qarşılayırıq. Amma biz qaydalar çərçivəsində hərəkət edirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.