1 sentyabr 2014 12:18

Avropa Kubokuna yekun vuruldu

Avqustun 28-dən etibarən Jumeirah Bilgah Beach otelinin çimərlik futbolu meydançasında təşkil olunmuş Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turnirinə ötən gün yekun vuruldu. Azerisport.az xəbər verir ki, 5-ci yer uğrunda oyunda Azərbaycan və Macarıstan milliləri qarşılaşıb.

Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün 3 dəqiqədən ibarət əlavə vaxt oynanılıb. Hesab dəyişmədiyi üçün qalib penalti seriyasında müəyyənləşib. Hər komanda üçün 3 zərbədən ibarət seriyada macarıstanlı futbolçular daha sərrast olub. Millimizin rəqibi penaltilərdə 2:1, ümumi nəticədə isə 5:4 hesabı ilə qalib gələrək turniri 5-ci yerdə başa vurub.

3-cü yer uğrunda qarşılaşma Yunanıstan və Rusiya milliləri arasında keçirilib. Rəqibini 7:4 hesabı ilə məğlub edən rusiyalı futbolçular turniri ilk üçlüyün sonuncu pilləsində qapayıb.

İspaniya və İsveçrə millilərinin qarşılaşdığı final oyununda pireneylilər 8:6 hesabı ilə qələbə qazanaraq Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turnirində birinci yeri tutublar.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Fərid Axundov turnirin ən yaxşı qapıçısı üçün təsis olunmuş mükafatı Macarıstan yığmasının qolkiperi David Fiskora təqdim edib.
Turnirin ən məhsuldar oyunuçusu, İsveçrə komandasının üzvü Noel Ott mükafatını AÇFF-nin prezidenti Fərid Novruzidən alıb.

İspaniya millisinin futbolçusu Juanma turnirin ən yaxşı oyuçusu adına layiq görülüb. Ona mükafatı FIFA Çimərlik Komitəsinin üzvü, Beynəlxalq Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti Joan Custo verib.

Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 turnirinin qalibi olan İspaniya milli komandasına kubok AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən təqdim olunub.

Turnirdə keçirilmiş bütün oyunların hesabını bir daha diqqətinizə çatdırırıq:
 
28 avqust
İsveçrə – Yunanıstan 6:1
İspaniya – Macarıstan 6:4
 
29 avqust
Rusiya – Macarıstan 4:3
Azərbaycan – Yunanıstan 3:4
 
30 avqust
Rusiya – İspaniya 3:4
Azərbaycan – İsveçrə 8:9
 
31 avqust
Azərbaycan – Macarıstan 3:3 (1:2 – pen.)
Yunanıstan – Rusiya 4:7
İsveçrə – İspaniya 6:8

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.