1 sentyabr 2014 11:34

Elxan Məmmədov: Mərkəzi arena Qarabağ - Sent-Etyenn matçına hazır olacaq

AFFA-nın baş katibi Elxan Məmmədovun azerisport.az saytına müsahibəsi

- Bakıda keçirilmiş çimərlik futbolu üzrə Avropa Kuboku barədə nə deyə bilərsiz?
- Vacib turnir idi. O, Avropa Oyunları öncəsi test xarakteri daşıyırdı. Yarışın təşkilindən razı qaldıq. Şadam ki, finalda iki güclü komandanın qarşılaşmasını gördük.

- "Qarabağ"ın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasını necə qarşıladız?
- Bu, Azərbaycan futbolunun sabitliyinin göstəricisidi. Püşkə gəlincə, əlbəttə, daha zəif rəqiblərlə də qarşılaşa bilərdik, güclü rəqiblərlə də. "İnter"in əvvəlki kimi güclü olmadığını deyənlərlə razı deyiləm. "Dnepr"in oyununu görməmişəm. Amma "Sent-Etyenn"in ounlarına baxmışam, çox güclü komandadı, yaxşı oyunçuları var. Mənə elə gəlir ki, biz "Qarabağ"a bu oyunlarında yaxşı dəstək göstərməliyik.

- Tofiq Bəhramov adına Respublika stadionu nə vaxt hazır olacaq?
- Mərkəzi arenanın durumu bizi də narahat edir. Bu stadion gənclər və idman nazirliyinin balansındadı. Amma biz nazirliklə, stadion rəhbərliyi ilə danışıqlar aparmışıq, vəziyyətdən çıxış yolu axtarmağa çalışmışıq. Əlimizdən gələni etməliyik ki, stadion sentyabrın 18-də keçiriləcək "Qarabağ"la "Sent-Etyenn" arasındakı oyuna qədər tam hazır olsun. Axı bu oyuna bütün Avropa baxacaq. Bundan bir həftə sonra isə UEFA AÇ-2020-yə ev sahibliyi edən şəhərlərin adını açıqlayacaq.

- Bakının şansları necədi?
- Çox istəyirik ki, paytaxtımız da həmin oyunları keçirəcək şəhərlər arasında olsun. 19 şəhərdən 13-ü seçilməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.