31 avqust 2014 00:25
Məlikovsuz Dənizlispor yeni mövsümə heç-heçə ilə başladı
Türkiyə PTT 1-ci Liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" da ilk matçına çıxıb.
Dənizli təmsilçisi səfərdə "Adana Dəmirspor"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.
Məlikovun adı bu matçın iştirak ərizəsinə salınmayıb.
