31 avqust 2014 12:15

Elvin Yunuszadə: Heç kim bizə avrokuboklara vəsiqə bağışlamayacaq

"Neftçi" klubunun futbolçusu Elvin Yunuszadə "Partizan"la cavab görüşündən sonra azerisport.az saytının suallarına cavab verib.

- "Neftçi" - "Partizan" görüşünün belə nəticələnməsi nə deməkdi? Niyə komandamız bacarmadı?
- Mərhələ keçmək üçün əlimizdən gələni etdik. Futbolçularımız sona qədər mübarizə apardı. Sadəcə, alınmadı. Azarkeşləri sevindirmək istəyirdik. Artıq bir dəfə qrup mərhələsinə vəsiqə qazanmışıq. İndi ikinci dəfə bunu etmək istəyirdik. Oyunun belə hesabla başa çatmasına görə üzülürük.

- İkinci hissədə futbolçular meydanda mübarizə göstərmədi. Sanki fiziki cəhətdən yorulmuşduz...
- İsti hava bizə çox pis təsir etdi. Üstəlik, meydançanın durumu oyun planımızı korladı. Belə şəraitdə yaxşı oyun sərgiləmək çox çətin idi. Rəqib pressinq tətbiq edirdi, biz hücum etsək də, qol şanslarımızdan yararlanmadıq.

- "Neftçi" hər iki oyunda uduzdu. Günahkar kimdi?
- Cavab matçında "Partizan" elə güclü oyun göstərmədi. Mən deyə bilmərəm ki, onlar bizdən güclüdü. İlk oyunda 3:2 hesablı qələbə onların xeyrinə idi. Bakıda bir qol vurub müdafiədə oturdular. Uzun ötürmələrlə təhlükə yaratmaq istəyirdik. Vobayın qolundan sonra canlanma oldu, lakin ikinci qolu vura bilmədik. "Partizan" keçiləsi rəqib idi.

- Futbolçuların zəif oynaması rəqibin gücündən xəbər vermir. Lakin "Neftçi" daha bir dəfə qrupa düşmək şansını qaçırdı...
- Artıq bu oyun da tarixdədi. Bizdə alınmadı. İndi irəli baxmaq lazımdı. Çempionat və kubok matçları var. Bu oyunlara hazırlaşmaq və titulumuzu qorumaq gərəkdi. Çempion olmaq vacibdi. Gələn il Çempionlar Liqasında iştirak etmək lazımdı.

- Baş məşqçi Böyükağa Hacıyev mətbuat konfransında dedi ki, onun üçün Azərbaycan çempionatının marağı ölüb....
- Axı avrokuboklara adlamaq üçün çempionatda mükafatçılar sırasına düşmək lazımdı. Biz yeni mövsümdə də medal qazanmalıyıq. Yoxsa avrokuboklara vəsiqəni heç kim kluba bağışlamır.

- Klub prezidenti Sadıq Sadıqov oyundan sonra komandaya nə dedi?
- Belə nəticə haqda nə demək olar. Klub prezidenti məyus idi. İndi biz səhvlərimizi təhlil etməliyik. "Partizan"la oyunda buraxılan səhvlər təkrarlanmamalıdı. Bütün komanda pis oldu. Kim istəyərdi ki, biz avrokuboklarla vidalaşaq.

- İki oyuna görə "Neftçi"nin zəif çıxış etdiyini demək olar?
- Sadəcə, bəxtimiz gətirmədi. Qismət belə imiş.

- Sizdən fərqli, "Qarabağ" qrup mərhələsinə vəsiqə qazandı...
- Onları təbrik edirəm. Qrupları asan deyil. Amma Allah eləsin ki, yaxşı nəticə göstərə bilsinlər. Öz futbollarını oynaya bilsələr, qrupdan çıxa da bilərlər.

- "Simurq"la oyundan nə gözləyirsiz?
- Meydana qələbə üçün çıxacağıq. Artıq bütün diqqətimiz çempionata yönəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.