31 avqust 2014 20:40

"İstəyirəm hər oyunçunun yanına bir futbolçu da qoyum ki, öz qapımıza qol vurmasınlar"

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyunun ağır keçəcəyini bilirdik. 3 gün öncə Avropa Liqasında “Partizan”la qarşılaşdıq və məğlub olduq. Bu tura qədər “Simurq”dan başqa bütün komandalar məğlub olmuşdu. “Simurq”un oyunöncəsi köklənməsi yaxşı idi. Komandamız vaxtında qolları vurdu, sağ olsunlar. Belə bir vaxtda 3 xal qazandığımız üçün şükürlər olsun. Bu gündən istəyirəm hər bir futbolçumuzun yanına bir futbolçu da qoyum ki, öz qapımıza qol vurmasınlar. Cinahdan gələn ötürmələr üzərində çox çalışırıq. Müdafiəçilər topa ayaq atanda çox diqqətli olmalıdılar. Futbolda avtoqollar da olur. Bruno Bertuççi müalicə olunmaq üçün düşərgədən gedib. Məqsəd İsayev bu gün onun yoxluğunu unutdurdu. O, gəncdi, futbolçu kimi hələ yetişir, gələcəkdə ən yaxşılardan biri olacaq. Komandanın bütün hazırlığını özüm edirəm, buna görə də yoruluram. Bu səbəbdən fiziki hazırlıq üzrə məşqçini komandaya cəlb etmişik. Savadlı mütəxəssisdi, yaxşı işləyir. Mirkamil Həşimli bundan sonra əsas komandada oynayacaq. Cavid İmamverdiyev klubdan ayrılıb. Artıq insayd mövqeyinde Mirkamilə şans verəcəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.