31 avqust 2014 15:30
Dadaşovun yeni komandası sabiq klubuna 4 cavabsız qolla uduzdu
Almaniyanın cənub-qərbi regional liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası "Tsvaybryükken" də növbəti oyununu keçirib.
Futbolçumuzun komandası doğma meydanda "Kayzerslautern"in ikinci komandası ilə qarşılaşıb. Oyun Rüfətin sabiq komandasının qələbəsi ilə başa çatıb - 4:0.
Dadaşov keçmiş komandasına qarşı oyunda meydana çıxmayıb.
"Tsvaybryükken" hazırda 5 xalla 16-cı yerdə qərarlaşıb.
