31 avqust 2014 15:20
Ramin Musayev: Araz Naxçıvan bizə rəsmi müraciət etməyib
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Araz Naxçıvan"ın hakim səhvlərinə görə Premyer Liqadan çəkilmək istəyinə düşməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ klubdan bizə belə bir rəsmi müraciət daxil olmayıb və imtinanın səbəblərindən də xəbərimiz yoxdu. Əgər söhbət dünənki "Sumqayıt"la oyundan gedirsə, biz bütün epizodlara baxdıq və orada ciddi səhvlərin olmadığını gördük".
